Biz kimik?


Müasir zamanda müştərilər və ya tərəfdaşlıq etmək istəyən şəxslər şirkət haqqında ətraflı məlumat almaq üçün ilk öncə internetə müraciət etməyə üstünlük verirlər. Çünki veb sayt vasitəsilə müştərilər şirkət haqqında, onun xidmətləri, əlaqə vasitələri və s. məlumatları asanlıqla əldə edə bilərlər. Qeyd etmək lazımdır ki, veb sayt sizin internet şəbəkəsindəki simanızdır. Veb sayt müştərinin şüurunda təşkilatın və ya layihənin imicini formalaşdırır. Əgər siz də öz imicinizi formalaşdırmaq istəyirsinizsə bizə müraciət edin. Biz, MilliWeb Studio olaraq 2013-cü ildən fəaliyyət göstəririk. İlk olaraq lokal şəbəkə üzərində qurulmuş proqramların yığılması ilə fəaliyyətə başlasaqda, hal-hazırda məqsədimiz Azərbaycanın Veb sayt bazarında birinciliyi qazanmaqdır.

Bizim fəaliyyət çərçivəmizə sifarişçilərin istəklərini nəzərə alaraq yüksək keyfiyyətli, zövqə uyğun veb saytların hazırlanması və bununla bağlı digər xidmətlər daxildir. MilliWeb Studio olaraq veb saytların fuksionallığına, həmçinin ən müasir texnologiyalardan istifadəyə üstünlük veririk. Bu sahədə bizə güvənə bilərsiniz.

Siz də bizi seçin ki, sizi də seçsinlər!